Emin Hüseynov: İctimai Televiziyanın direktoru şəffaf seçki ilə seçilməlidir

Your browser doesn’t support HTML5

RATİ direktoru Emin Hüseynov Amerikanın Səsinə müsahibəsində seçkilərin şəffaflığının təmin edilməsi üzrə bir sıra tədbirlər təklif edib. “Hələ baş direktor vəzifəsinə namizədlər elan edilməzdən əvvəl KİV-də gələcək direktorun adı açıqlanıb. Bu, seçkilərin şəffaflığını şübhə altına qoyur. Bu şübhələri aradan qaldırmaq üçün namizədlər arasında ictimai debatlar keçirməyi və seçkilərdə namizədlər haqqında ictimai rəyi nəzərə almağı təklif edirəm”, deyə Hüseynov bildirib. O Yayım Şurası üzvlərinə, namizədlərə və Avropa Yayım Birliyinə müraciətlər göndərib. Hüseynov İTV efirində 4 namizəd arasında debatlar təşkil etməyi təklif edir.