ABŞ iqtisadiyyatının durumu:Böhrandan 5 il sonra

Your browser doesn’t support HTML5

Wall Street islahat qanunun həmmüəllifi , sabiq konqresmen Barni Frankin bildirdiyinə görə, maliyyə böhranından 5 il sonra ABŞ-ın maliyyə təsisatları təhlükəsiz vəziyyət alıb. 2008-ci ildə qəbul edilən bu qanun gələcək böhranlara mane ola bilər. Lakin iqtisadçılar böhrandan tam yaxa qurtarılmadığını deyir.