Həbs edilmiş əmək fəalının anası Amerikanın Səsinə danışır

Your browser doesn’t support HTML5

Kərəcin Rəcayi-şəhr zindanında 11 illik həbs cəzası çəkməkdə olan Təbrizli əmək fəalı Şahrux Zamaninin anası oğlunun günahsız yerə həbs edildiyini deyir. Zərrin Nicati Amerikanın Səsinə müsahibədə məhbus oğlunun vəziyyəti və onun üzləşdiyi ittihamlar haqda danışıb. Şahrux Zamani 2011-ci il iyunun 7-də Təbrizdə İranın təhlükəsizlik məmurları tərəfindən tutulub və bir aydan artıq Ettelaat həbsxanasının təkadamlıq kamerasında sorğu-sual edildikdən sonra Təbriz zindanına göndərilib.