Höccətül-İslam Əzimi Qədim: İranda şovinizm və islamçılıq bir-birinə qarışıb

Your browser doesn’t support HTML5

“Biz Şərqi Azərbaycan vilayəti məsullarının Təbriz və Azərbaycan adına Ermənistanla əlaqə quraraq, işğalçılarla qol-boyun olmalarına etiraz etdik,” deyə İranda yeddi ay həbsə məhkum olunmuş Höccətül-İslam Əbdüləziz Əzimi Qədim söyləyir.  Azərbaycanlı din xadimi Şərqi Azərbaycan vilayəti və Ermənistan arasındakı əlaqələr, bu əlaqələrə etiraz olaraq Marağa şəhərində keçirilən aksiyalar, habelə bu etirazlara qatıldığı üçün özünün nəzarət altına alınıb həbs cəzasına məhkum edilməsi haqda Amerikanın Səsinə müsahibə verib.