Kaliforniyada zorlanmaya dair yeni qanun qəbul edildi

Kaliforniya qubernatoru Cerri Braun

Kalifornia ştatı universitet tələbələrindən seksə aydın razılıq tələb edən qanun qəbul edib.

Qanun deyir ki, sekslə bağlı sükut razılıq vermək anlamına gəlmir. Qanun həmçinin içkili, narkotik, yatmış və huşsuz adamın seksə razılıq vermək iqtidarında olmadığını diqtə edir.

Əlavə olaraq, qanun kolleclərdən tələb edir ki, seksual zorakılıqlara dair müraciətləri xüsusi nizamnamə əsasında araşdırsın.

Ekspertlər qubernator Ceri Braunun bazar günün qanuna imzaladığı sənədin tələbələr arasınmda “seksə razılığn” nə demək olduğunu dəyişəcəyini deyirlər.

“Bu, əladır. Qanun yeni nəsil tələbələrə nəyin razılıq olub-olmadığını öyrədəcək. ‘Yox’un olmaması ‘hə’ demək deyil,” deyə Los Ancelesdəki Kaliforniya Universitetinin (UCLA) tələbəsi Savannah Badaliç bildirir.

Amma qanunun tənqidçiləri onun zorlamaya təhlükəli dərəcədə geniş məna verməsindən narahatdırlar.