Araz Ata: İran hakimiyyəti dini azlıqları inkar edir

Your browser doesn’t support HTML5

İran Azərbaycanının əhli-haqq türklərindən olan Araz Ata İran İslam Respublikasının Azərbaycan vilayətlərində yaşayan dini və məzhəbi azlıqlara qarşı rədd və inkar siyasəti yürütdüyünü deyir. Güneydə yaşayan ələvi ya əhli-haqq türklər üzrə araşdırmalar aparmış fəal Amerikanın Səsinə müsahibədə İran hakimiyyətinin ölkədə yaşayan qeyri-fars və qeyri-şiə toplumlara qarşı yürütdüyü siyasəti dəyərləndirməklə yanaşı mənsub olduğu cəmiyyətin məruz qaldığı basqılar və ayrıseçkilik hallarını şərh edir.