Prezident Obama xarici siyasət məsələlərində Respublikaçı Konqreslə üzləşir
Your browser doesn’t support HTML5
Gələn həftə qanunvericilər məzuniyyətdən döndükləri zaman respublikaçıların nəzarət etdiyi yeni ABŞ Konqresi qlobal qaynar nöqtələr və ABŞ-ın orada baş verən hadisələrə reaksiyası ilə bağlı müzakirələr aparacaq. Ukrayna və Yaxın Şərqdə baş verən hadisələr, həmçinin prezident Barak Obamanın həyata keçirdiyi yüksək profilli təşəbbüslər qanunvericilərin gündəmində yüksək yer tutur.