ABŞ Konqresində Azərbaycana dair dinləmə keçirilib
Your browser doesn’t support HTML5
ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Alt-komitəsində "Azərbaycan: ABŞ-ın Enerji, Təhlükəsizlik və İnsan haqları maraqları" mövzusunda dinləmə keçirilib. Dinləmədə Vudro Vilson Beynəlxalq Araşdırmalar Mərkəzinin tədqiqatçısı Odri Alştadt, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kazlariç və Cons Hopkins Universitetinin Mərkəzi Asiya və Qafqaz İnstitutunun direktoru Svante Kornel konqresmenlər qarşısında ifadə verib.