ABŞ Konqresində EX-IM bankla bağlı çəkişmələr
Your browser doesn’t support HTML5
ABŞ ixraclarını və iş yerlərini artırmağa yönəlmiş mübahisəli dövlət agentliyi cari ayın sonu bağlana bilər. Export-İmport bankı xarici şirkətlərə maliyyə, sığorta və ya texniki yardım göstərərək, ABŞ ixraclarını almağa kömək edir. Lakin mühafizəkar Respublikaçılar və böyük aviasiya şirkəti Ex-Im-in xeyirdən çox zərərinin olduğunu deyirlər. Bank özü digər böyük bizneslərdən, eləcə də Filadelfiyadan Çinə dondurma ixrac edən şirkət kimi kiçik şirkətlərdən dəstək alır.