Fərhad Atacan Türkiyədə Kürəsünni türklərinin siyasi fəallığı haqda danışır

Your browser doesn’t support HTML5

“Türkiyədə Kürəsünni toplumunun adının eşidilməsini, Van elində türklərin varlığının qəbul görməsini sağlamaq istədik,” deyə Kürəsünni Düşüncə Platforması sözçüsü Fərhad Atacan Amerikanın Səsi ilə söhbətdə platformanın izlədiyi hədəflərdən söz edir. Türkiyədə parlament seçkiləri ərəfəsində Van şəhərindən Amerikanın Səsinə danışan Atacan ötən yüz ildə İran Azərbaycanından Türkiyəyə köçən Kürəsünni türklərinin seçki fəaliyyətləri, platformanın yürütdüyü kampaniyalar və izlədiyi hədəfləri şərh edib.