Müğənni Sara Koral Amerikanın Səsinə danışır

Your browser doesn’t support HTML5

Türkiyədə yaşayan təbrizli musiqiçi və müğənni Sara Koralın sözlərinə əsasən, İranda fundamental məhdudiyyətlər ilə üzləşən güneyli sənətçilər ölkəni tərk edərək bir çox maneələri aşsalar da, Azərbaycan Respublikası və Türkiyədə də bəzi çətinliklər ilə qarşılaşırlar.Sara Koral Amerikanın Səsi ilə söhbətdə İran Azərbaycanını tərk etməsinin səbəbləri, Azərbaycan Respublikasında aldığı musiqi təhsili və hazırda Türkiyədəki sənət fəaliyyətlərini şərh etməklə yanaşı, ümumiyyətlə güneyli sənətçilərin İranda və İranı tərk etdikdən sonra Azərbaycan Respublikası və Türkiyədə yaşadıqları çətinliklərdən danışıb.