Mosulun şərqində təhlükə artır

Your browser doesn’t support HTML5

İraq qüvvələri qərbi Mosulu İslam Dövləti militantlarından geri almağa hazırlaşdığı bir vaxt, şəhərin azad edilmiş şərqi hissəsi getdikcə təhlükəli olur. Son bir neçə həftədir İŞİD militantların nəzarət etdiyi qərbdən hücum edərək, şərqi Mosulu mərmi atəşinə tutar. Lakin şərqi Mosul üzərində getdikcə daha çox silahlı dronlar uçur, intiharçı hücumlar isə artıb. Cümə günü baş verən bomba partlayışı nəticəsində azı beş nəfər ölüb, təxminən 20 nəfər isə yaralanıb.