Kaliforniyada meşə yanğınlarından sonra şərabçılar turistləri cəlb etməyə çalışır
Your browser doesn’t support HTML5
Oktyabr ayının əvvəlində Kaliforniyanın şimalında baş verən meşə yanğınları nəticəsində 42 nəfər həyatını itirib, yüzlərlə ev dağılıb, regiona təxminən 6 milyard dəyərində ziyan dəyib. Yanğınlar həm də regionun ən böyük gəlir mənbəyi olan turizm sahəsinə də böyük ziyan vurub.