Tramp Amerikanın Qüdsü İsrailin paytaxtı kimi rəsmən tanıdığını bəyan edib

ABŞ prezidenti Amerikanın Qüdsün İsrailin paytaxtı kimi rəsmən tanıdığını bəyan edib.

Donald Tramp deyib ki, ABŞ-ın Tel-Əvivdəki səfirliyinin İsrailin paytaxtına köçürülməsinə hazırlıq görülür.

“Qüds 3 ən böyük dinin ürəyi olmaqdan əlavə, dünyanın ən uğurlu demokrasiyasının da beşiyidir. Son 70 il ərzində İsrail xalqı yəhudi, müsəlman və xristianların din azadlığını təmin edən bir ölkə qurub”, prezident bildirib.

O, Amerikanın İsrail və fələstinlilər arasında sülh razılığı əldə etmək öhdəliklərinə sadiq qaldığını bildirərək, belə bir razılığın əldə edilməsinə nail olmaq üçün hər şeyi edəcəyinə vəd verib.

Ərəb və müsəlman ölkələri belə bir mübahisəli qərarın regionda gərginlikləri artırmaqla yanaşı, Amerikanın İsrail-Fələstin sülh razılığı şanslarını viran etdiyini bildirir.

Fələstinlilər prezident Trampın qərarına etiraz olaraq 3 günlük "Qəzəb günləri" keçirilməsinə çağırıb.