Rio De-Janeyro xəstəxanasında yanğın baş verib

Yanğınsöndürənlərin bildirdiyinə görə, cümə axşamı Braziliyanın Rio De-Janeyro şəhərindəki bir xəstəxanada baş verən yanğın azı 10 nəfərin ölümünə səbəb olub.

Braziliya şəhərinin şimalındakı Badim xəstəxanasında yanğın baş verən və tüstü yayılan zaman xəstəxana işçiləri ağır xəstələri küçəyə çarpayılarla birlikdə çıxarıb.

Şəhərin yanğınsöndürmə idarəsi 90-a yaxın xəstənin müxtəlif xəstəxanalara yerləşdirdildiyini bildirib.

Deyilənə görə yanğın yerli vaxtla axşam saat doqquzun yarısında başlayıb və iki saatdan sonra söndürülüb.