Rusiyada ilk McDonalds-ın açılışından 30 il keçir

Your browser doesn’t support HTML5

Rusiyada ilk McDonalds-ın açılışından 30 il keçir

Bu günlərdə Amerika fast food ikonası sayılan McDonalds-ın Moskvada qapılarının ilk dəfə açılmasından 30 il keçir. Bu hadisə Sovet İttifaqının kommunizmdən Rusiyanın bugünkü bazar iqtisadiyyatına keçməsində böyük rezonans doğurmuşdu.

McDonalds-ın qırmızı lenti ilk dəfə 1990-cı ilin qışında Moskvanın məşhur Puşkin Meydanında böyük fanatlar üçün kəsildi.

Təxminən 38000 Sovet insanı eşitdikləri, lakin heç vaxt görmədikləri şeyləri - McDonalds-ın hamburgerini görmək üçün saatlarla növbədə dayandı.

Ən çox müştəriyə bir gündə xidmət göstərməklə ilk gündə şirkət bütün rekordları qırdı.

"Böyük bir növbə var idi və nə qədər insan olduğunu xatırlamıram, amma uzun müddət gözlədik" – deyə, Moskva sakini Vladimir bildirib.

Sözügedən açılış sovet ittifaqı lideri Mixail Qorbaçovun Yenidənqurma siyasəti altında aparılan bazar və demokratik islahatlarla sıx bağlı idi.

Moskva sakini Mixail isə "Bütün bunlar yeni azadlıqlar idi: nə deyə biləcəyiniz, nə oxuya biləcəyiniz və ümumi olaraq. Bəli, McDonalds da bu azadlığın simvolu idi" deyə sözügedən hadisəni təsvir edib. Digər sakin Anton "Bu, Qərbin simvolu idi. Amerika azadlığının bir növ simvolu idi" sözlərini ilə o zamanki yanaşmanı qeyd edib..

Moskvanın mərkəzində Amerikanın olduğu güman edilən dilim...Kanadanın idi: Bu, Sovet hakimiyyəti ilə münasibətləri düzəltməyə kömək edən bir detal idi.

"Kanadalı bir şirkət olmaq bütün sistemə neytral bir yanaşma verdi və təbii ki, bu, bir üstünlük oldu" deyə, Mark Karena vəziyyəti izah edir.

Razılaşma imzalandıqdan sonra işə qəbul sürətli başladı - 30 min müraciət içində 600-ə yaxın rusiyalı seçildi.

"Mən Tverskaya Prospektində avtobus gözləyirdim və binanın üstündə işıqlı McDonalds-un işıqlı reklamını gördüm. Bunu etdiyim üçün xoşbəxtlikdən ağlayırdım! Bacardım! Mən də artıq onun bir hissəsiyəm" – deyə yerli sakin Svetlana Polyakova ilk seçilənlər arasında olmağına görə çox həyəcanlı olduğunu dilə gətirdi.

Əslində McDonalds-ın Rusiya üçün ən uzunmüddətli mirası qərb üslubunda bir xidmətin reallaşmağıdır.

Sovet Rus mədəniyyətini azca mənimsədikləri üçün gənc ruslar işə götürüldülər. Onlar deyir ki, o günlərdən bu günə qədər hələ də şirkətdə işləyirlər.

"Bizdən soruşdular ki, düz səkkiz saat gülümsəyə bilərsənmi? Hamımız "bəli, əlbəttə" dedik, bunun nə qədər çətin olduğunu bilmirdik”deyə, Anna Patrunina işə başlamağını təsvir edib.

Gülümsəmək - Sovet evlərinə asanlıqla daxil olan bir istilik oldu. Bu, o vaxtkı ictimai həyatın bir hissəsi deyildi.

"Ən böyük fərq Sovet İttifaqında heç vaxt olmayan qədər gülümsəmənin olması idi. Ruslar çox mehriban insanlardır, amma biz o vaxt çox gülümsəmirdik" – deyə, yerli sakin Tamara sözügedən məqama diqqət çəkib.

Digər qərb fast food şirkətləri tezliklə Qorbaçovun demokratik bazar islahatlarına təkan və daha yaxşı xidmət verəcəkdilər....

Bu gün hər yerdə qabağımıza çıxan restoran, fast food və barlarda bir təbəssüm dolu xidmət tez-tez nəzərəçarpan bir şey deyil.