Dünyadan görüntülər

İtaliyanın cənubunda velosipedçilər Giro d'Italia yarışında iştirak edirlər. 

Qırğızıstanın paytaxtı Bişkekin mərkəzi meydanında sabiq prezident Almazbek Atambayevin tərəfdarları etiraz aksiyası keçirir. 

Ravvin Rafael Şaffer Buxarestdə qeyd olunan Holokost Qurbanlarının Anım Günündə Holokost memorialının önündə dayanıb. 

Katalan polisi Barselonada keçirilən etiraz askiyasında "Estacio de França" qatar stansiyasını qoruyur. 

Argentinalı Diyeqo Şvartzman Açıq Fransa tennis turnirinin yarım-final matçında ispaniyalı Rafael Nadala qarşı oynayır. 

COVID-19-a yoluxmuş xəstə Madrid yaxınlığında yerləşən Severo Ochoa xəstəxanasında müalicə olunur. 

Romanın Leonardo Da Vinci hava limanında koronavirus testi keçirilir. 

Qvatemala şəhərinin San Juan de Dios xəstəxanasının tibb işçiləri bir dəqiqəlik sükutla COVID-19 səbəbilə həyatlarını itirən iş yoldaşlarının xatirələrini anırlar.