Bayden-Putin zirvə görüşündən gözləntilər

Your browser doesn’t support HTML5

Ağ Ev bu həftə ABŞ Prezidenti Co Bayden və Rusiya Prezidenti Vladimir Putin arasında zirvə görüşünün iyun ayında Cenevrədə keçiriləcəyini açıqlayıb.  Zirvə görüşü Bayden administrasiyasının Rusiya ilə münasibətlərin pisləşməsi fonunda sabitliyin yaradılmasına çalışdığı vaxta təsadüf edir. Bəzi respublikaçı qanunvericilər Moskva və Belarus tərəfindən atılan son addımlarla bağlı narahatlıqlarını bildirirərək, prezident Baydenin Rusiya lideri ilə görüşmək qərarını tənqid edib.