Səfir : Britaniya Azərbaycanın ATƏT TƏF-ə sədrliyi dövründəki prioritetlərini dəstəkləyir

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı səfiri Ceyms Layl Şarp

“Britaniya Azərbaycanın ATƏT-in Təhlükəsizlik üzrə Əməkdaşlıq Forumuna (TƏF) sədrliyini müvəffəqiyyətlə yerinə yetirməsi üçün onunla işləməyə hazırdır".

Bu barədə Böyük Britniyanın Azərbaycandakı səfiri Ceyms Şarp Twitter səhifəsində bildirib. Səfir Azərbaycanı ATƏT-in Təhlükəsizlik üzrə Əməkdaşlıq Forumuna sədrliyi münasibətilə təbrik edib.

“Biz Azərbaycanın silahlara nəzarət və Qadınlar Sülh və Təhlükəsizlik üzrə prioritetlərini dəstəkləyirik. Azərbaycanın Fəaliyyət Planını həyata keçirməyini səbirsizliklə gözləyirik”, - səfir qeyd edib.

Bu ilin anvar-aprel aylarında Azərbaycan ATƏT-in Təhlüksizlik üzrə Əməkdaşlıq Forumuna sədrlik edəcək.

“Öz növbəsində bir müddət əvvəl ABŞ-ın ATƏT-dəki Nümayəndəliyinin rəhbəri, səfir Mişel Karpenter ATƏT-in Təhlükəsizlik üzrə Əməkdaşlıq Forumunun Azərbaycanın sədrliyi ilə keçən ilk iclasında çıxışı zamanı Azərbaycanın ATƏT TƏF-ə sədrliyi dövründəki prioritetlərini alqışlayıb.

OSCE

Bu ilin anvar-aprel aylarında Azərbaycan ATƏT-in Təhlüksizlik üzrə Əməkdaşlıq Forumuna sədrlik edəcək. Bu həftə Azərbaycan ATƏT-in Təhlükəsizlik üzrə Əməkdaşlıq Forumuna sədrliyinin prioritetləri açıqlayıb. Forumda iştirak edən nazir Ceyhun Bayramov bunları deyib :

"Biz, bu Təhlükəsizlik Dialoqu vasitəsilə dövlətlərin beynəlxalq humanitar hüquq və ATƏT-in müvafiq öhdəliklərinə əməl etməsini təşviq etmək və gücləndirməyi, habelə onların pozuntularına görə cavabdehliyin vacibliyi məsələsinin müzakirəsini təşkil etməyi hədəfləyirik.