ABŞ və Almaniya Ukrayna böhranında vahid mövqe numayiş etdirir

Your browser doesn’t support HTML5

ABŞ və Almaniya Ukrayna böhranında vahid mövqe numayiş etdirir

Rusiya-Ukrayna böhranının həlli məqsədilə bütün həftə boyu intensiv diplomatik səylər davam etdirilib. Vaşinqtonda ABŞ Prezidenti Co Bayden Almaniyanın yeni kansleri Olaf Şultsla bu həftə Ukraynada yaranmış vəziyyəti müzakirə edib. Prezident Bayden ABŞ və Almaniyanın Rusiyanın Ukraynaya müdaxilə etdiyi halda, bunun ciddi nəticələri olacağı ilə bağlı vahid mövqedə olduğunu bildirib.

Prezident Co Bayden Almaniyanın yeni lideri ilə ilk təkbətək görüşünü yekunlaşdırarkən bildirib ki, Birləşmiş Ştatlar və Almaniya Rusiyanın qonşu Ukraynaya müdaxilə etdiyi halda bunun ağır nəticələri olacağı ilə bağlı tam razılığa gəliblər.

ABŞ və Almaniya liderlərinin görüşü Rusiya prezidenti Vladimir Putinin Ukrayna ilə sərhəddə 100 mindən çox hərbi qüvvə cəmləşdirdiyi vaxt keçirilib. Putin Ukraynanın NATO-ya üzv olmaq istəyinin Rusiyanı təhdid etdiyini deyir. Rusiya prezidenti NATO-nun ən güclü üzvü olan ABŞ-dan Ukraynaya alyansa üzvlüyü qadağan etməyi tələb edib. ABŞ isə bildirir ki, bu seçim Ukraynaya məxsusdur.

Birləşmiş Ştatların elit qüvvələrinin təxminən 1700 əsgəri bazar günü Polşanın cənub-şərqində Ukrayna ilə sərhədə yaxın əraziyə gəlib. Bayden bildirir ki, o, diplomatik həllin hələ də mümkün olduğuna inanır və NATO tərəfdaşları hərbi əməliyyata ilk variant kimi baxmır.

“Bu gün kansler və mən sıx əməkdaşlığımızı müzakirə etdik, beynəlxalq qətiyyəti açıq şəkildə nümayiş etdirəcək və Rusiya Ukraynanın suverenliyini və ərazi bütövlüyünü pozarsa, tez və ciddi nəticələrə səbəb olacaq güclü sanksiyalar paketi hazırladıq. Mən Almaniyaya və Şərqi Avropada, Avropa İttifaqında bütün digər tərəfdaşlarımıza bu birgə səylərdə işə görə təşəkkür etmək istəyirəm. Biz bununla razıyıq ki, Rusiya müdaxiləni davam etsə, bu, həmişə olduğu kimi bir iş olmayacaq”, Prezident Bayden bildirib.

Almaniya kansleri Olaf Şolts bununla razılaşsa da, lakin Şimal axını 2 qaz kəmərinin dayandırılması ilə bağlı təhdid etməyib. Bu hələ işə salınmamış boru kəməri ilə hər il Rusiyadan Avropaya 55 milyard kubmetr təbii qazın daşınması nəzərdə tutulur.

“Biz amerikalı dostlarımıza deyirik: biz bir olacağıq, birlikdə hərəkət edəcəyik və lazım olan bütün addımları atacağıq”, Kansler Olaf bildirib.

Bununla belə, Bayden jurnalistləri kəmərin həqiqətən dayandırılacağına və bu qərarın nə ilə nəticələnə biləcəyinə əmin etdi.

“Əgər Rusiya müdaxilə etsə, yəni tanklar və ya qoşunlar yenidən Ukrayna sərhədini keçsə, o zaman daha Şimal axını 2 olmayacaq. Biz buna son qoyacağıq”, Prezident Bayden bildirib.

Keçmiş kansler Angela Merkel boru kəmərinin statusu ilə bağlı Baydenlə açıq şəkildə razılaşmamışdı.

Təhlilçilərin fikrincə, Şoltsun bir çox başqa məsələlərdə Merkelin yolu ilə gedəcəyi ehtimalına baxmayaraq, bu mövqe dəyişə bilər.

“Bu enerji əlaqələri bir qaz kəmərindən daha dərindir. Mən deyərdim ki, burada fikir ayrılıqları daralır, çünki Almaniya hökuməti və kansler Şolts özü Rusiyanın Ukraynaya müdaxilə etdiyi halda hətta Şimal axını 2 qaz kəmərinin də masa üzərində olacağını anlayır”, Müasir Alman Araşdırmaları Amerika İnstitutunun təhlilçisi Ceffri Ratke bildirib.

Təhlilçilərin fikrincə, elə bir riski öz üzərinə götürmək baha başa gələ bilər.

“Burada bir çox hallarda soyuqda donub, ac qalan təqaüdçülərdən söhbət gedir. Bizim humanitar təşkilatlar kimi çağırışımız odur ki, Moskva, Minsk, Brüssel, Vaşinqton və paytaxtları əhatə edən bu hərbi, siyasi, strateji şahmat oyununda əsas diqqət yerlərdə insanların sağ qala bilməsinə, onların qorunmasına kömək etmək və mənasız münaqişələrə yol verilməməsinə yönəlməlidir. Münaqişədən hamı uduzacaq, amma ilk növbədə cəbhə xəttindən 20 kilometr radiusda yaşayan 2 milyon insan”, Norveç Qaçqınlar Şurasının nümayəndəsi Yan Egeland bildirib.

Diplomatik səylər çərçivəsində Fransa prezidenti Emmanuel Makron Moskvada prezident Putinlə görüşüb. Almaniya kansleri Şolts Kiyevə, oradan isə Moskvaya səfər edəcək.