ABŞ səfiri Azərbaycanın media rəhbərləri ilə görüşüb

Bu gün, aprelin 12-də ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberger öz iqamətgahında bir qrup yerli kütləvi informasiya vasitələri rəhbərilə görüşüb.

Turan agentliyinin məlumatına görə, fikir mübadiləsi zamanı Azərbaycan-Amerika ikitərəfli münasibətləri, Qarabağ münaqişəsinin nizamlanması, islahatlar, demokratiya, söz azadlığı, insan hüquqları sahəsində əməkdaşlığa toxunulub.

Görüş zamanı Ukraynada müharibəyə və Ukrayna münaqişəsinin işıqlandırılmasında kütləvi informasiya vasitələrinin roluna xüsusi diqqət yetirilib.