Taliban ABŞ-ın Əfqanıstan ehtiyatlarının azad edilməsi planının yenidən nəzərdən keçirilməsini istəyir

Əfqanıstanın de-fakto rəsmiləri ABŞ-ı milyardlarla əfqan maliyyə aktivinin İsveçrə bankına köçürülməsi və ölkənin mərkəzi bankından kənarda ödənməsi planını yenidən nəzərdən keçirməyə çağırıb.

Sərbəst buraxılan vəsaitlər Əfqanıstan iqtisadiyyatını sabitləşdirmək və ölkədə davam edən humanitar böhranı yüngülləşdirmək üçün istifadə olunacaq. Lakin Talibanın bu prosesdə heç bir rolu olmayacaq.

"Əfqanıstan Fondu" ölkənin iqtisadiyyatında sabitliyin daha çox təmin edilməsinə yardım etmək üçün həmin 3,5 milyard dolları qoruyacaq və məqsədyönlü ödənişlər edəcək.

"Taliban "Əfqanıstan Fondu"nun bir hissəsi deyil və bu vəsaitlərin qeyri-qanuni istifadəsinin qarşısını almaq üçün güclü təminatlar tətbiq edilib", ABŞ Maliyyə Nazirliyi və Dövlət Departamentinin çərşənbə axşamı birgə bəyanatında deyilib.

Taliban keçən il hakimiyyəti ələ keçirdikdən dərhal sonra ABŞ Nyu Yorkda Əfqanıstanın 7 milyard dollarlıq maliyyə ehtiyatını dondurub. Əfqanıstanın təxminən əlavə 2 milyard dollarlıq fondu başqa ölkələrdə saxlanır.

Fevral ayında Prezident Co Bayden dondurulmuş ehtiyatların yarısının sərbəst buraxılmasına icazə verib və qalan hissəsini isə 11 sentyabr qurbanlarının məhkəmə prosesini davam etdirmək üçün ayırıb.

Taliban uzun müddətdir ki, vəsaitlərin Əfqanıstana aid olduğunu əsas gətirərək, ABŞ-dan onları geri qaytarmasını tələb edir.

Əfqanıstan Mərkəzi Bankının ABŞ-ın açıqlamasına cavab olaraq verdiyi bəyanatda "Afghanistan Bank bu ehtiyatların qeyri-mütəşəkkil səhmlər üçün ayrılmasını, istifadəsini və köçürülməsini rədd edir və buna yenidən baxılmasını tələb edir", deyilib.

ABŞ rəsmilərinin bildirdiyinə görə, Taliban Əfqanıstanın Mərkəzi Bankına ayrılacaq vəsaitlə bağlı tələblərə əməl etməyib. Belə olduğu halda Mərkəzi Bank siyasi müdaxilədən qorunacaq, çirkli pulların yuyulmasına və terrorizmin maliyyələşdirilməsinə qarşı zəmanət verəcək.