İsveçdə dörd şirkətin Google alətindən istifadəsi dayandırılıb

İsveç dörd şirkətə veb trafikini ölçən və təhlil edən Google alətindən istifadəni dayandırmağı əmr edib. Belə ki, bununla şəxsi məlumatlar ABŞ-a köçürülür. Bir şirkət 1,1 milyon dollar ekvivalentində cərimələnib.

İsveçin məxfiliyin qorunması agentliyi IMY bildirib ki, Avropada Google-a qarşı onlarla şikayət irəli sürən Avstriyanın NOYB (sizin işiniz deyil) məlumat məxfilik qrupunun şikayətindən sonra şirkətlərin Google Analytics-dən istifadəsini araşdırdırıb. NOYB iddia edir ki, şirkətlər tərəfindən veb statistikası üçün Google Analytics-dən istifadə Aİ-nin məlumatların mühafizəsi qaydası olan GDPR-ni (ümumi məlumatların mühafizəsi qaydası) pozaraq Avropa məlumatlarının ABŞ-a ötürülməsi ilə nəticələnib.

GDPR məlumatların üçüncü ölkələrə ötürülməsinə yalnız Avropa Komissiyası onların ən azı Aİ ilə eyni səviyyədə məxfiliyin qorunmasını təklif etdiklərini müəyyən etdikdə icazə verir.

2020-ci ildə Aİ Ədalət Məhkəməsi Aİ ilə ABŞ arasında əldə edilən məlumat ötürülməsi razılığını qeyri-kafi adlandıraraq ləğv edib.

IMY dörd şirkət tərəfindən ABŞ-da Google Analytics-ə təqdim edilən məlumatları şəxsi məlumat hesab etdiyini və şirkətlərin tətbiq etdiyi texniki təhlükəsizlik tədbirlərinin qorunma səviyyəsini təmin etmək üçün kifayət etmədiyini bildirib.

Telekommunikasiya şirkətiı Tele2 1,1 milyon dollar və onlayn bazar CDON isə 27 700 dollar cərimələnib.

Ərzaql mağazaları şəbəkəsi Coop və Dagens Industri qəzeti ötürülən məlumatları qorumaq üçün daha çox tədbirlər gördüyü üçün cərimələnməyib.

Tele2 öz istəyi ilə Google Analytics-dən istifadəni dayandırıbə

Təhqiqata rəhbərlik edən IMY hüquq müşaviri Sandra Arvidsson agentliyin "fərdi məlumatların üçüncü ölkəyə, bu halda Birləşmiş Ştatlara ötürülməsi zamanı texniki təhlükəsizlik və digər tədbirlərə hansı tələblərin qoyulduğunu aydınlaşdırdığını" deyib.

Mayın sonunda Avropa Komissiyası yayın sonuna qədər Aİ və ABŞ arasında məlumat ötürülməsi üçün yeni qanunvericilik bazasının yaradılacağına ümid etdiyini bildirib.

2018-ci ildən tətbiq edilən RGPD 21,8 milyon dollara və ya şirkətin qlobal gəlirinin 4%-nə qədər cərimələrə səbəb ola bilər.