ABŞ tarixində ilk dəfə olaraq, Nümayəndələr Palatasının spikeri - prezidentlik ardıcıllığında ikinci şəxs vəzifəsindən kənarlaşdırılır. Öz partiyasının problemi ilə üzləşən Respublikaçı Kevin Makkarti 216 əleyhinə, 21 lehinə səslə spikerliyini saxlaya bilməyib.
Amerika siyasətində fövqəladə məqam... tarixdə ilk dəfə olaraq ABŞ Konqresinin Nümayəndələr Palatasının lideri hakimiyyətdən uzaqlaşdırılıb. Respublikaçı nümayəndə Matt Qaetz keçən həftə mühafizəkar xərc prioritetləri ilə hökumətin maliyyələşdirmə qanun layihəsini qəbul edə bilmədiyi üçün Kevin Makkartinin rəhbərliyindən məyusluğunu ifadə edərək, onun vəzifəsindən çıxarılması ilə bağlı səsverməyə məcbur edib.
“33 trilyon dollarlıq borcun xaos olduğunu düşünürəm. Hesab edirəm ki, illik 2,2 trilyon dollarlıq kəsirlə üzləşmək xaosdur. Hesab edirəm ki, məsrəf qanunlarının qəbul edilməməsi xaosdur”.
Makkarti jurnalistlərə bildirib ki, o, yenidən spiker roluna namizədliyini irəli sürməyəcək.
“Mübarizəni davam etdirə bilərəm, bəlkə də başqa cür. Mən bir daha spikerliyə namizəd olmayacağam”.
Nümayəndələr Palatasında Respublikaçıların cüzi çoxluğu o demək idi ki, bu ilin əvvəlində prezident Co Bayden ilə borc tavanı razılaşması əldə edildikdən sonra artan tənqidlərlə üzləşən Makkartini devirmək üçün Qaetzin bütün Demokratlarla birlikdə cəmi səkkiz Respublikaçı səsinə ehtiyacı var idi.
“Biir çoxumuz spikerə yalvardıq, xərclərin azaldılması və islahatların aparılması üçün borc tavanından istifadə etməsi üçün dəfələrlə yalvardıq. Bunun əvəzinə o, borc tavanının qeyri-məhdud artımı ilə bağlı danışıqlar apardı” - deyə, Respublikaçı Bob Qud bildirib.
Respublikaçıların əksəriyyəti Makkartinin liderlikdə qalmasına səs versə də...
"Bizi xaosa salmazdan əvvəl çox düşünün, çünki spikerliyi boşaltmaqla xaosa doğru irəliləyirik", Respublikaçı Tom Koul deyib.
Fərqi Demokratların Makkartini vəzifədən kənarlaşdırmaq üçün birləşən səsləri yaradıb.
"Biz spiker Makkartinin xilasına kömək edəcək heç bir şeyə səs vermirik", Demokrat Pramila Jayapal deyib.
“Ona etibar etmək olmaq Düşünürəm ki, siz onun öz kokusunda bunu görə bilərsiniz, lakin onun bizə və Amerika xalqına necə münasibət göstərdiyini, şübhəsiz ki, görə bilərsiniz”, Demokrat Anni Kaster bildirib .
ABŞ Nümayəndələr Palatasındakı tarixi çaxnaşma mühüm məqama təsadüf edir - hökumətin qısamüddətli maliyyələşdirmə müqaviləsinə ABŞ-ın Ukraynaya yardımın daxil edilməməsi.
"Nümayəndələr Palatasının bütün rəhbərliyi Ukraynaya yardımın davam etdirilməsini dəstəkləyir. Respublikaçılaın Nümayəndələr Palatasının üzvlərinin böyük əksəriyyəti Ukraynaya yardımın davam etdirilməsinin tərəfdarıdır. Az sayda, çox səs-küylü kiçik üzvlər var. Lakin onlar öz partiyalarını təmsil etmirlər, liderliyini təmsil etmirlər”, Milli Təhlükəsizlik Şurasının sözçüsü Kirbi bildirib.
ABŞ qanunvericiləri gələn həftə Nümayəndələr Palatasının yeni spikeri üçün səsvermə keçirəcək.