Nyu Yorkun Tayms Meydanı Yeni İlə hazırlaşır

Your browser doesn’t support HTML5

Hər 31 dekabr nyu-yorklular və turistlər Yeni il şənlikləri üçün Tayms Meydanına axışır.

Nyu Yorkun Tayms meydanında ötən ili yola salıb, yeni ili qarşılamaq şəhərin ən sevimli ənənələrindən biridir və yerli sakinləri, eləcə də turistləri cəlb edir.

Hər il minlərlə insan topun endirilməsini izləmək üçün Manhettenin mərkəzindəki küçə şənliyinə gedir.

Nyu Yorka 2024 tez gəlib – yəni top endirildiyi zaman işıqlandırılacaq rəqəmlər. Bu rəqəmlər Milladdan bir neç gün öncə Los Ancelesdən gətirilib.

O, One Times Square göydələninin 25-ci mərtəbəsinə qaldırılmadan öncəinsanlar Tayms Meydanında gedib bu rəqəmləri yaxından görə və onlarla şəkil çəkdirə bilər.

“Biz 1907-ci ildən bəri Tayms Meydanında topu endirik. Tayms Meydanında ilk Yeni İl şənliyi 1904-cü ildə keçirilib. Həmin zaman New York Times One Times Square-ə köçmüşdü. Tayms Meydanına ilk dəfə metro çəkilmişdi və Tayms Meydanının adı Long Acre Meydanından Tayms Meydanına dəyişdirilmişdi,” Tayms Meydanı Alyansından Tom Harris bildirir.

Son əsrin bir digər ənənəsi konfetti səpələməkdir. Ancaq bu ənənəyə bir az sehr də əlavə olunub.

Şəhər əfsanəsinə əsasən, arzunu konfetti parçasının üzərinə yazsan və kimsə onu tutsa, arzun gerçəkləşəcək.

İnsanlar arzularını konfetti üzərinə ya Tayms Meydanında yaza, ya da bunu onlayn edə bilərlər.

“Məncə kiminsə onu tutması əyləncəli ola bilərdi. Başqa kimsə onu tuta, oxuya və sonra da Yeni ilə daşıya bilər. Məncə bu çox gözəl fikirdir,” Nyu York sakin Sofi deyir.

Fernando Bruklində yaşayır və Yeni İl gecəsi Tayms Meydanına gəlməyi sevir.

“Mən ötən il buradaydım. Mən çəkiliş edib, YouTube kanalımda yayımlayırdım,”Bruklin sakini Fernando deyir.

Təcrübəsi olan iştirakçılar deyir ki, topun endirilməsini canlı izləmək istəyən insanlar Tayms Meydanında soyuq havada minlərlə insan, dünya boyu isə milyarlarla insan tərəfindən izlənən bu ikonik hadisəni yaxşı yerdən izləmək üçün gündüz 12-dən öncə gəlməlidirlər.