ABŞ BMT-də Qəzzada atəşkəsə yenidən veto qoydu, öz qətnamə layihəsini təklif etdi
Your browser doesn’t support HTML5
Birləşmiş Ştatlar çərşənbə axşamı yenidən ərəb ölkələrinin dəstklədiyi BMT Təhlükəsizlik Şurasnın Qəzzada dərhal atəşkəsə çağıran qətnaməsini veto edib. Ancaq bu dəfə Vaşinqton müvəqqəti atəşkəsə çağıran və İsrailin mülki müdafiə olmadan Rəfaha qurudan hücumunu rədd edən öz qətnaməsini irəli sürüb.