Bayden Yaxın Şərqdə gərginliyin artması fonunda İraqın baş naziri ilə görüşüb

Your browser doesn’t support HTML5

Prezident Co Bayden bazar ertəsi İraqın baş nazirini qəbul etdiyi vaxt bütün diqqət həftə sonu İsrailə presedenti olmayan hücum edən İrana yönəlmişdi. Daha geniş regional müharibə ilə bağlı narahatlıqlara səbəb olan bu hücum Ağ Evin Oval kabinetində görüşən liderlərin diqqət mərkəzində idi.