ABŞ-ın mühüm prezident seçkiləri kampaniyaları bu həftə səylərini noyabr seçkilərində kimin qalib gələcəyini müəyyən etməkdə böyük rol oynayacaq bir neçə əsas ştatda baş verən hadisələrə yönəldir.
Minnesota qubernatoru Tim Valzı namizəd yoldaşı elan edən vitse-prezident Kamala Harris çərşənbə günü Viskonsin və Miçiqan ştatlarına səfər edəcək. Onun bu həftə Arizona və Nevada ştatlarında da olacağı planlaşdırılır.
Keçmiş prezident Donald Trampın namizəd yoldaşı, senator JD Vans çərşənbə günü Viskonsin və Miçiqan ştatlarında öz tədbirlərini keçirir. Şimali Karolinada bu həftənin sonunda planlaşdırılan tədbirlər həmin ərazidən keçən tropik hava sistemi səbəbindən təxirə salınıb.
Çərşənbə axşamı səhər seçimini elan etdikdən sonra Harris Pensilvaniyada kampaniya mitinqində Valzı tərifləyib.
"Mən parlaq gələcəyin qurulmasına kömək edə biləcək bir tərəfdaş, millətimizi birləşdirməyə və bizi irəli aparmağa kömək edəcək bir lider tapmaq üçün yola çıxdım" - deyə, Harris bildirib.
Proqressiv kəsim Minnesota qubernatoru olaraq onlara uyğun olan siyasəti müdafiə edən 60 yaşlı Valzın ətrafında birləşib. ABŞ Ordusunun Milli Qvardiyasının keçmiş üzvü və müəllim həm də ucqar yerlərdə ağ seçicilər üçün də cəlbedici sayılır.
Harris kampaniyası Valzı rəsmın vitse-prezidentliyə namizəd olaraq elan etməmişdən əvvəl Tramp kampaniyası onu "səriştəsiz liberal" adlandıran bəyanat verib.
Harrisin vitse-prezidentliyə potensial namizədləri arasında Arizona senatoru Mark Kelli, Kentukki qubernatoru Endi Beşar, İllinoys ştatının qubernatoru J.B. Pritzker və nəqliyyat naziri Pit Butticec də var idi.
Harris ötən ayın sonunda hazırkı prezident Co Baydenin namizədliyini geri çəkdiyinı açıqlamasında sonra tez bir zamanda Demokratarın namizədi olub.
Bayden ötən ay debat zamanı Trampa qarşı zəif performans göstərdikdən sonra onun reytinqi azalmışdı və o, partiyadaşları tərəfindən yarışdan çəkilməklə bağlı çağırışlarla üzləşmişdi.