Fransa Prezidenti Emmanuel Makron şənbə günü ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampı Parisdə tam prezidentəxas təmtəraqla qarşıladı. Daha sonra onlar Ukrayna prezidenti Volodimir Zelenski ilə görüş keçirdilər.
Hər iki qonaq beş il öncə dağıdıcı yanğından sonra ikonik Notr-Dam katedralının yenidən açılışı mərasimində iştirak üçün Parisdədirlər.
Trampın Fransaya səfəri Makron və digər Avropa liderlərinin Trampın rəğbətini qazanmağa və onu Rusiyaya qarşı müdafiədə Ukraynaya dəstəyi davam etdirməyə inandırmağa çalışdıqları vaxta təsadüf edir. Makronun ofisi Fransa prezidentinin bu mövzu ilə yanaşı Yaxın Şərqdəki müharibələri də Trampla müzakirə ediləcəyini bildirib.
Zelenski Yelisey sarayına Makronun Trampı qarşılamasından təxminən 45 dəqiqə sonra gəlib.
Makron Zelenski ilə görüşməyi planlaşdırmışdı. Fransa prezidentinin ofisinin bildirdiyinə görə, üçtərəfli görüş Makron tərəfindən təklif edilib və Trampın gəlişindən az əvvəl təşkil edilib. Tramp Ukraynadakı müharibəni tez bir zamanda sona çatdıracağına söz verib. Lakin bunun necə olacağını açıqlamaması Kyivdə gələcək danışıqlar üçün hansı şərtlərin irəli sürüləcəyi ilə bağlı narahatlar yaradıb.
Fransadakı tədbirə prezident Co Bayden də dəvət olunsa da, lakin iştirak etməyəcək. Ağ Evin mətbuat katibi Karin Jan-Pyer katedralın açılışında ABŞ-ın birinci xanımı Cil Baydenin iştirak edəcəyini söyləyib.