Azərbaycanda televiziya və radionun mövcud durumu nə yerdədir? Ölkədə ictimai televiziyanın yaradılması elektronik media azadlığına hansı təsirlər göstərib? Məlumdur ki, bütün informasiya vasitələri arasında telelviziya və radio həmişə ən mühümü hesab edilib, çünki insanların əksəriyyəti informasiyaları bu mənbədən alır. Məhz elə buna görə də hələ Sovet dönəmində hökumət qısqanclıqla bu vasitəyə nəzarəti əldə saxlayırdı. Bəs bu gün necə? Azərbaycan vətəndaşı elektron mediadan aldığı informasiyaya etibar edirmi? Bu mövzuda diskussiya aparmaq üçün bu günkü dəyirmi masa söhbətimizə Azərbaycan Milli Teleradio Şurasının sədir Nuşirəvan Məhərrəmli və Azərbaycan Mətbuat Şurasının üzvü Zeynal Məmmədlini dəvət etmişik. Əziz dinləyicilər, əgər suallarınızla verilişimizin qonaqlarına müraciət etmək istəsəniz Amerikanın Səsinə bu nömrədə zəng edə bilərsiniz; Amerikanın ölkə kodu 1, sonra 202-619-3861. Təkrar edirəm: 202-619-3861