İraqda oğlunu itirmiş ana həbsdən azad edilib

Əsgər oğlunu İraqda itirmiş ana Sindi Şihan həbsdən azad edilib. ABŞ prezidentinin illik hesabatı mərasiminə demokrat nümayəndə Linn Vulsi tərəfindən dəvət edilən xanım Şihan nümayəndələr platasından çıxarılmışdır. Buna səbəb onun üzərində "2242 ölü" və "daha nə qədər" sözləri yazılmış köynək olmuşdur. Ona qarşı Konqres binasında nümayiş cəhdi ilə bağlı ittiham irəli sürülmüş, daha sonra bu ittiham qanunsuz hərəkətə görə ittihamla əvəz edilmişdi.

Sindi Şihan müxbirlərə göynək geydiyinə görə həbs edildiyini demişdi. Polis ona nümayəndələr palatasında şüar nümayiş etdirilməsinin qyeyri-qanuni oladuğu barədə xəbərdarlıq verildiyini, lakin Şihanın xəbərdarlığa əhəmiyyət vermədiyini deyir.