Minsk Qrupunun Həmsədrlərinin Regiona səfəri və Dağlıq Qarabağ Məsələsinin Həlli ilə əlaqədar səylər.

Dəyirmi Masa söhbətimizin mövzusu: Minsk Qrupunun Həmsədrlərinin Regiona səfəri və Dağlıq Qarabağ Məsələsinin Həlli ilə əlaqədar səylərdir.

İştirakçılar: Müstəqil Politoloq Rasim Musabeyov, Milli İslahatlar partiyasının sədri Asim Mollazadə və Musavat Partiyasının Başqanının Müavini Gabil Hüseynlidir.

Asim Mollazada 92-ci illərdə o zamanki Azərbaycan prezidentlərinin təşəbbüsü ilə sülh razılığı əldə edilməsinə yaxınlaşıldığını deyib. Qabil Hüseynli isə Heydər Əliyevin prezidentliyi dövründə problemin həlli yolunda mühüm addımlar atıldığını ancaq Əliyevin Azərbaycan tərəfin həddən artıq güzəştə getdiyi nəticəsinə gələrək razılıq təklifini sonradan rədd etdiyini söyləyib. Rasim Musabeyov isə Prezidentlərin Fevral ayında keçirəcəkləri görüşdə, xarici işlər nazirlərinin Londonda həll edə bilmədikləri məsələlərə baxılacağını xatırladıb və iki tərəfində qəbul edəcəyi bir razılığın əldə edilməsinin çətinliyindən danışıb.