Birləşmiş Ştatların 2007-ci il üçün federal büdcəsi Senata təqdim edildi

Prezident Buş gələn il üçün hərbi xərclərin artırılması və ölkə daxili proqramların ixtisarının nəzərdə tutulduğu büdcə planını Konqresə təqdim edib. Konqres təsdiq edilmək üçün ona təqdim edilən federal büdcənin nəzərdən keçirilməsi prosesinə başlayıb. Cənab Buşun 2007-ci il üçün büdcə planı 2,770 trilyon dollar təşkil edir. Büdcədə hərbi xərclərin rekord 439 milyard dollara qədər artıılması, habelə Daxili Təhlükəsizlik proqramlarına vəsaitin artırılması nəzərdə tutulur. Prezident Buş habelə opponentlərinin varlıların maraqlarına xidmət etdiyini düşündüyü vergilərin ixtisarı proqramının da həyata keçirilməsinə çalışır. Büdcədə hökumətin Medicare kimi tanınan yaşlılıar və əlillər üçün tibbi sığorta proqramının 36 milyard dollara qədər ixtisarı, bununla yanaşı digər dövlət proqramların 14 milyard dollara qədər azaldılmasına çağırılır. Ağ Evin mətbuat üçün açıqlamasında deyilir ki, federal büdcə prezident Buşun 2009-cu ilə qədər büdcə kəsirinin yarıya qədər azaldılması kimi məqsədə nail olunması nəzərd ə tutularaq hazırlanıb.