Həmas Fələstin rəhbərliyini müəyyən edəcək

Qahirədə islamçı militant qrup Həmasın liderlərinin fələstinlilərin prezidenti Mahmud Abbasla görüşü Fələstin hökumətində onların razılığlı olmadan dəyişilik edilməməsi haqda xəbərdarlıqla başa çatıb. Həmas liderləri İsrail tanımayacaqlarını bir daha təkrar ediblər.
Üç gün sürən danışıqlar baş nazir təyin edilmədən başa çatmışdır. Qapalı mətbuat konfransında militant qrupun siyasi lideri Xalid Maşal Fələstin prezidenti Mahmud Abbasa Həmasla məsləhətləşmədən heç bir qərarın verilməməsi haqda xəbərdaqlıq etmişdir.
Xalid Maşal bildirmiş ki, bu baş versə, Həmas bu qərarları qəbul etməyəkcəkdir. Liderin sözlərinə görə, Həmas tərksilah olmayacaq və zorakılığı qınamayacaq, belə ki, Həmas İsrailin Fələstin torpaqlarının işğalına müqavimət göstərməlidir.
Bu həftə mətbuatda verdiyi müsahibələr zamanı Həmas lideri demişdir ki, İsrail 1967-ci ildən əvvəlki sərhədlərinə qayıtsa, onun qrupu İsraillə uzun müdətli sülh mərhələsinə qədəm qoya bilər. Həmasın liderləri digər partiyarların iştirakı ilə koalisiya hökumətini təşkil etmək istəkdiklərini bildirsələr də, indiyə qədər heç bir razılıq əldə olunmamışdır.