İraqda bomba hücumları zamanı 17 iraqlı və bir Amerika əsgəri həlak olub

Bağdadın mərkəzində intiharçının partlayıcı maddləri işə salması nəticəsində 12 nəfər qətlə yetirilib. Kərbəlada yol kənarında yerləşdirilmiş bomba hücumu zamanı bir Amerika əsgəri həlak olub. Mosulda restoranda bombanın partlaması nəticəsində bir polis zabiti daxil olmaqla, 5 iraqlı qətlə yetirilmiş, onlarla adam yaralanmışdır. Bu arada, Britaniyanın xarici işlər naziri Cek Strou İraq rəsmilərilə yeni hökumətin təşkili məsələsini müzakirə etmək üçün bu gün Bağdada səfər edib.