BMT-nin Qaçqınlar Agentliyinin builki hesabatında son 25 ildə ən aşağı rəqəm əks edilir

BMT-nin Qaçqınlar Agentliyi bildirir ki, terrorizmdən doğan qorxu, sərt sığınacaq məhdudiyyətləri və qeyri-tolerantlıq münaqişələrin didərgin saldığı insanların rifahına pis təsir göstərir.

Qaçqınlar üzrə BMT Ali Komissiyası özünün illik hesbatında 2004-cü ildə qaçqınlarını sayının 9.2 milyona endiyini xəbər verir. Son 25 ildə ən aşağı rəqəmi əks etdirən bu statistika silahlı münaqişələrin azılığı, Əfqanıstana və Sierra Leoneyə qaçqınların qayıtması ilə izah edilir. Lakin hesabatda buna səbəb kimi qaçqınlara və siyasi sığınacaq axtaranlara qarşı tətbiq edilən məhdidiyyətlər də göstərilir. Qaçqınlar üzrə Ali komissar Antonio Quterres deyir ki, irqçilik, ifrat millətçilik və dini fundamentalizm mühacirlərə qarşı qeyri-tolerantlıq doğurur.