OPEK-ə üzv ölkələr enerji qiymətlərini müzakirə ediblər

Bu gün OPEK-ə üzv ölkələrin nazirəri Qattarda yığıncaq keçirib qlobal enerji qiymərtlərini müzakirə ediblər. ABŞ-dan yoxsul Afrika ölkələrinədək bütün enerji istehlakçılarını yüksək qiymətlərin iqtisadi artıma mənfi təsiri narahat edir.

Cümə günü bir barrel xam neftin qiyməti 75 dollara yüksəlmişdi. ABŞ-ın energetika naziri Samuel Bosman bildirib ki, neft qiymətləri Amerika və qlobal iqtisadiyyata böyük zərər vurur. Nazir dünyda neft təchizatının dayandırılmasına yol verilməməsi məqsədi ilə enerji obyektlərinin təhlükəszliyinin təmin edilməsinə çağırıb.