Bir neçə gün öncə narkotik maddələrin saxlanması və satışı ittihamı ilə həbsə atılan Azadlıq qəzetinin yazarı - satirik şair Mirza Sakitin həbsxanada vəziyyətinin ağırlaşdığı deyilir.
Şairin hüquqlarını müdafiə komitəsinin sədri Emin Hüseynli bildirib ki, hökumət jurnalistlərə qarşı hücumları dayandırmazsa, yəni, Mirzə Sakit azadlığa buraxılmazsa, Bahəddin Həziyevə sui-qəsd edənlərin, eləcə də Elmar Hüseynovun qətlinin sifarişçiləri və qatillərinin tapılması istiqamətində irəliləyiş olmazsa, qarşıdan gələn Milli mətbuat günü jurnalistlər tərəfindən qara bayram kimi qeyd olunacaq.