İraq müharibəsi Senat uğrunda yarışlarda mərkəzi rol oynayır.

Kannektikut ştatından senator Cozef Liberman hazırda rəqibi demokrat Ned Lamontla ilkin mübarizədə qarşılaşıb. Qeyd edək ki, Cozef Liberman Amerika Birləşmiş Ştatlarında ən qabaqçıl mötədil demokratlardandır. O, Senatda 6 illik fəlaiyyət uğrunda artıq dördüncü yarışlara qoşulur.

Co Liberman 2000-ci ldə prezidentliyə namizəd Al Gorla vitse-prezident kimi seçkilərdə namziədliyini irəli sürmüşdü. Hazırda Liberman öz məsləkdaşı, siyasətə yenicə qoşulmuş demokrat Ned Lamontla siyasi mübarizəyə qatılır.

İraq müharibəsinin əleyhinə olamsı ilə məşhurlaşan Lamont bu gün keçirilən ilkin seçkilərdə irəlidədir. Co Liberman isə bir daha bu günlər İraq müharibəsini dəstəklədiyini təkrar etsə də, Buş administarsiyasını mövcud durumu idarə edə bilməməkdə günahlandırmışdı.

Co Libermanın rəqibi Ned Lamont isə öz şəxsi mövqeyinin Libermana qarşı kampaniyasına uğur gətirəcəyini deyib. Lamont bildirib ki, yarışlar İraq müharibəsinin liberal demokratlar arasında nə qədər qeyri-populyar oldunun nümayişidir.

Liberman-Lamont yarışları ölkənin diqqət mərkəzindədir. Belə ki, İraq müharibəsi indi hamını düşündürən bir məsələyə çevrilib. Senator Liberman öz seçki kampaniyasına sabiq prezident Bil Klinton kimi yaxşı tanınmış demokratları cəlb edib. Ned Lamont isə liberal qrupların dəstəyini ilə kampnaiyasını həyata keçirir. Bugünkü ilkin seçkilərdə məğlub olduğu təqdirdə Senator Liberman noyabr ayı seçkilərində müstəqil nazmiəd kimi iştirak edəcək.