Avropa Birliyi Belarusu müxalifət liderinin azadlığa buraxılmasına çağırır

Avropa Birliyi yenidən tələb edib ki, Belarus hökuməti dərhal həbs olunmuş müxalifət lideri Aleksandr Kozulini və ötən həftə həbsə məhkum edilmiş 4 seçki müşahidəçisini azad etsin. Birliyin bəyanatında deyilir ki, Kozulinin və seçki monitorlarının həbsi Belarusda demokratik prosesin daha da geriləməsinin göstəricisidir. Həmin bu 4 müşahidəçi müstəqil “Tərəfdaşlıq” şirkətnin üzvləridir. Onlar qeydiyyatdan keçməmiş təşkilat işlətdiklərinə görə 2 ilədək azadlıqdan məhrum ediliblər. Bu qrup martın 19-da keçiriləcək prezident seçkiləri zamanı dairələrdə müstəqil müşahidəçilər yerləşdirmək niyyətində idi. Lakin onların fevralda həsb olunması planın qarsısını aldı. Həmin seçkilər Belarus prezidenti Aleksandr Lukaşenkoya hakimiyyətini 3-cü dönəmə uzatmaq imkanı verdi. Bu seçkiləri beynəlxalq ictimaiyyət saxta səsvermə kimi qiymətləndirib.