Əfqanıstanda üsyançılarla polis arasında toqquşma baş verib

Əfqanıstan rəsmiləri üsyançıların ölkənin qərbində polis patruluna hücum etməsi nəticəsində toqquşma zamanı 4 polis nəfərinin və 4 üsyançının öldüyünü bildiriblər. Hücum üsyançıların BMT-nin yardım işçisini qətlə yetirdikləri Fərəh vilayətinin eyni adlı şəhərinə yaxın yerdə baş verib. Polis üsyançıların BMT-nin insanların yerləşdirilməsi ilə məşğul olan Habitat təşkilatının Əfqan işçisinin maşınına atəş açdığını bildirib. Əfqanıstanın cənubundakı Qəndəhar şəhərində məscidə hücum edən intiharçının hadisənin yeganə qurbanı olduğu xəbər verilir.