Bağdadda edam stilli qətllər davam etməkdədir

Bu gün təhlükəsizlik qüvvələri Bağdadda daha 20 cəsəd aşkar etmişlər. Bu isə son iki gündə təriqətlərarası zorakılıqlar zəminində ölənlərin sayını 80-ə çatmışdır. Bağdadda çıxış edən Amerika hərbi qüvvələrinin sözçüsü deyib ki, paytaxtda ölüm hallarının birdən-birə artması edam stilli qətllərlə bağlıdır. Bu gün eləcə də, maşında bomba partlayışı azı 10 nəfərin ölümünə səbəb olmuşdur.

Bağdadın cənubunda Birləşmiş Ştatların Moqtəda Əl Sədrin idarəsinə qarşı hava zərbələrinə etiraz edən nümayişçilərə polisin açdığı atəş nəticəsində bir nəfər qətlə yetirilmiş, 10 nəfər yaralanmışdır.

İraqın daxili işlər nazirliyi bildirir ki, Əl Qaidanın İraqdakı liderlərindən olan Əbu Əyyub əl Marsinin müavini təhlükəsizlik qüvvələri tərəfindən qətlə yetirilmiş, digərləri isə həbs edilmişlər.