Respublikaçılar Partiyasının skandallarının xristian seçicilərə təsiri nə olacaq?

ABŞ-ın Nümaəyəndələr palatasının etika komitəsi seks qalmaqallarının araşdırılmasını aparır. Bu qalmaqalın mühafizəkar xristian seçicilərin seçiminə təsiri respublikaçıların qələbəsinə mənfi təsiri ola bilər. 2004-cü ildə mühafizəkar xristianlar ümumi səslərin 4-də birini təşkil etmişdi. Seçicilərin 80%-i respublikaçıların leyhinə səs vermişdi.

Respublikaçıların nüfuzunu anti-abort, homoseksullar arasında nigah, habelə yəhudi və xiristian dinlərinin ənənəvi dəyərlərə üstünlük verməsi təmin etmişdi. Ekspertlərin fikrincə, Konresdə seks qalmaqalları respubliakçıları xristianların dəstəyindən məhrum etdi. Respubliakçı konqresmen Mark Folinın adı hallanan skandalla bağlı aradırmaların məqsədi respublikaçı liderlərin məsələdən xəbərdar olub, bunun üstünü ört-basdır etdiklərinin müəyyən edilməsidir.

Virciniya ştatının Lincburq Xristina kollecinin professoru Stefen Vithamın dediyinə görə, xristian mühafizəkarlar bu qalmaqaldan olduqca narahatdır. Stefen Vitham deyir ki, Foli qalmaqalı xristian seçiciləri ruhdan salır. O, bu skandalın seçkilərə əsaslı təsir göstərəciyni bildirir. Pyu Araşdırma Mərkəzinin son rəy sorğularının nəticələrinə əsasən respublikaçıları dəstəkləyən xristian mühafizəkarlarin sayı ilin əvvəlindən etibarən 55%-dən 42-yə enib.