Müstəqil seçki müşahidəçiləri Tacikistanda prezident seçkilərinin qanun pozuntuları ilə müşaiyət edildiyini bildiriblər. Tacikistanın səlahiyyəli nümayəndələri bu gün İmaməli Rəhmanovun yenidən 7 il müddətinə prezident seçildiyini elan edib. Onların bildirdiyinə görə, seçkilərin ilkin nəticələri Rəhmanovun əsas rəqibinə ona bir nisbəti ilə üstün gəldiyini göstərib. İmaməli Rəhmanovun səslərin 79 fazini topladığı elan edilsə də, ATƏT siyasi alternativin olmamasının prezident seçkilərini şübhə altına aldığını bidlirib. Təşkilat namizədlərin mətbuatda bərabər təmsil edilmədiyi və müxalifət namizədlərin seçkilərdə iştirak etmədiyini xüsusi vurğulayıb. Tacikistanın aparıcı müxalifət partiyaları seçkiləri qeyri-demokratik adlandıraraq, boykot elan ediblər.