Girovdan azad edilənlər ifadə verir

İraq polisinin bildiridyinə görə, bu gün Bağdadda hücumlar zamanı azı 115 adam qətlə yetirilib. Bağdadın şərq hissəsi dini baxımdan qarışıq Zayuna rayonunda silahlı şəxslərin atəş açması nəticəsində 9 adam ölüb, iki nəfər yaralanıb.

Bu arada, İraqın ali təhsil naziri bildirib ki, çərşənbə axşamı Bağdadda hökumət binasında insanları girov götürən şəxslər onların bəzisinə işgəncə verərək, qətlə yetiriblər. Nazir iki gün ərzində azadlığa buraxılmış insanların ifadələrini göstərib.

İraqdan gələn daha bir xəbərdə deyilir ki, İraqın baş naziri Nuri əl-Maliki bildirib ki, onun hökuməti kürd separatçılırına İraq ərazisindən Türkiyəyə qarşı əməliyyatlar keçirməyə imkan verməyəcək. Baş nazir bu açıqlamaları Ankarada Türkiyənin baş naziri Rəcəp Tayyib Ərdoğanla danışıqlarda sonra verib.