ABŞ-ın Respublikaçı Konqresi işini başa vurdu

Respublikaçıların nəzarəti altında olan 109-cu Konqres işini bütün gecəni davam edən sessiyasında ticarət, vergilər, fövqəladə vəziyətlər büdcəsini təsdiq etdikdən sonra başa vurub.

Senat və Konqres şənbə günü sübh açılanadək iş başında olub. Yanvarda Demokratlar hər iki palatada nəzarəti ələ keçirəcəklər. Bu, 1995-ci ildən respublikaçıların nəzarəti altında olmayan ilk konqress olacaq.

Respublikaçı konqresin son qərarları Vyetnamkla ticarət, Haitidən parça idxalı, Hindistana nüvə reaktorlarının satışı və Meksika körfəzində neft hasilatı ilə bağlı olub.