Avropa Birliyi gələcək siyasətini müəyyənləşdirir

Avropa Birliyi yanvarın 1-dən qurumun yeni üzvləri Rumıniya və Bolqarıstanı salamlamaqla bərabər təşkilatın qələcəkdə genişlənmə siyasətini müzakirə edir. Türkiyənin Avropa Birliyinə üzvlüyü məsələsinin müzakirələri artıq 14 aydır davam edir. Türkiyə qurumun üzvü Kipr ilə ticarət əlaqələrindən imtina etdiyinə qörə, Avropa Birliyi prosesin yubadılmasına qərar verib. Türkiyə dəniz və hava limanlarını Kiprə açana qədər üzvlük barədə 8 məsələ üzrə danışıqların dayandırılması qərarı Avropa Birliyinin xarici işlər nazirləri tərəfindən qəbul edilib və dünən ölkə rəhbərləri tərəfindən rəsmiləşdirilib. Bu qərar Türliyədə təəssüf və qəzəblə qarşılansa da, Avropa Birliyinin Xarici Siyasət Şöbəsinin rəhbəri Xaviyer Solana türkləri qisamüddətli lənqimələrə görə ruhdan düşməməyə çağırıb.