İndoneziyada quş qripindən daha bir qadın ölüb

İndoneziya paytaxtı Jakartada səhiyyə rəsmiləri bir qadının quş qripindən öldüyünü bildirib. Bununla da ölkədə quş qripindən ölənlərin sayı 59-a çatıb.

Bu arada Yaponiyanın cənubundakı bir fermada 750 toyuğun quş qripindən ölməsindən sonra ölkə rəhbərliyi quşçuluq müəssisələrinin təftişinə başlayıb.