Prezident Buş Konreslə əməkdaşlıq istəyir

Prezident Buş radiodan həftəlik müraciətində deyib ki, Amerikada tibbi sığorta və ölkənin təhlükəsizliyi sahəsində Qoqresdəki iki partiya ilə əməkdaşlığa hazırdır. O bunu da söyləyib ki, Amerikanın neftən asılılığı düşmən rejimlər və terrorçular neft təmininə müdaxilə etdikləri təqdirdə ölkəni zəif vəziyyətdə qoya bilər.

ABŞ Prezidenti konqresdə etdiyi illik hesabat məruzəsində də qanunvericiləri yenilənə bilən və alternativ yanacaqların təminini 2017-ci ilə qədər küllü miqdarda artırmağa çağırmışdı. O bütün Amerikalıların tibbi sığortaya yazılmasına imkan yaratmaq üçün qonresi əməkdaşlığa çağırıb. Təqribən 40 milyon Amerika vətəndaşı tibbi sığortadan məhrumdur.

Demokratların Prezident Buşun radiodan müraciətinə cavabında Los Angelesin meri Antonio Villaraigosa isə ABŞ Prezidentini beynəlxalq və daxili məsələlərin həllində Demokratik Partiya ilə əməkdaşlığa çağırıb. O çıxışında deyib ki, İraq barədə yeni istiqamət götürmək lazımdır. O enerji məsələləri barədə söyləyib ki, bu barədə deyilənləri əməldə həyata keçirmək üçün prezident iki partiya ilə də əməkdaşlıq etməlidir.