Prezident Buş Konqresi Amerikanın xarici neftdən asılılığını azaldmaq və enerji mənbələri sahəsində müxtəlifliyi təmin üçün özüylə əməkdaşlığa və bu barədə verilən təklifi təsdiq etməyə çağırıb. ABŞ Prezidenti radiodan həftəlik müraciətində deyib ki, iki partiya enerji siyasəti barədə əməkdaşıq edə bilər.
Prezident Buş Demokratları bu həftə Konqresə təqdim etdiyi büdcənin təstiqinə səsləyib. Administrasiyanın təklif etdiyi büdcədə alternatif enerji ilə əlaqədar tədqiqatlar üçün 2.7 milyard dollar vəsait ayrılıb.
Prezident Buş söyləyib ki, gələn on il ərzində Amerikada benzindən istifadənin 20 faiz azaldıla bilməsində qonqresə verilmiş büdcə təklifi həlledici rol oynaya bilər.